
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
“Azərbaycan Sənaye Sığorta” ASC yük sığortası sahəsində ölkə tarixinin ən böyük sığorta ödənişini həyata keçirib.
"APA-Economics" xəbər verir ki, sığorta şirkəti 03 oktyabr 2024-cü il tarixində, İstanbulda meydana gələn gəmi toqquşması qəzası ilə əlaqədar Azərbaycan Sənaye Sığorta Şirkəti ölkəmizin sığorta tarixinin ən böyük yük sığortası ödənişini həyata keçirib.
Bosfor Boğazında 80 metr uzunluğunda “AYED 1” yük gəmisi ilə 180 metr uzunluğa malik “BUNUN ACE” yük gəmisi toqquşmuş, qəza nəticəsində sahilə istiqamətlənmiş gəminin içində yer alan yük Azərbaycan Sənaye Sığorta Şirkətinin təminatı altında olmuşdur. Hadisə nəticəsində tələb edilən təqribən 900 000 ABŞ dolları ( 1,53 mln. manat) sığorta ödənişi şirkət tərfindən 15 gün ərzində tam şəkildə həyata keçirilib.
Yük sığortası üzrə bu miqyasda sığorta ödənişi Azərbaycanın sığorta tarixində bir ilkdir və rekord hesab olunur. Risklərin etibarlı şəkildə idarə olunması və maliyyə dayanıqlığının qorunması nəticəsində, bu ödəniş Şirkətin maliyyə sabitliyinə heç bir mənfi təsir göstərməyib.
“Azərbaycan Sənaye Sığorta” ASC bu hadisədən əvvəl də ölkəmizin sığorta tarixində ən böyük İnşaat-montaj sığortası hadisəsi üzrə təqribən 5 milyon manat və ən böyük yanğın sığortası hadisəsi üzrə isə 25 milyon manat sığorta ödənişləri ilə yadda qalıb.
1996-cı ildən fəaliyyət göstərən, Nizamnamə kapitalı 11 000 000 manat təşkil edən “Azərbaycan Sənaye Sığorta” ASC Azərbaycanın bütün regionlarında nümayəndəliklərlə təmsil olunur. “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin təsisçilərindən, “İcbari Sığorta Bürosu”, “Caspian Energy Club” və “Azərbaycan Sığortaçılar Assosiasiyası” kimi təşkilatların üzvü olan Şirkət fəaliyyətini Dəqiq, Şəffaf və Etibarlı tərəfdaş şüarı altında uğurla davam etdirir.