12:04
616
ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman Əl Səudla danışıqlardan sonra İranla gərginliyin azaldılması siyasətini qəbul edib və respublika ərazisinə zərbə endirmək fikrindən imtina edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ağ Evdəki mənbələrə istinadən "Axios" portalı məlumat yayıb.
Portalın məlumatına görə, 9 yanvarda ABŞ-ın vitse-prezidenti J.D. Vance İrandakı vəziyyətə hərbi müdaxilə ehtimalını müzakirə etmək üçün Amerika hərbçiləri ilə görüş keçirib. 13 yanvarda Tramp başqa bir görüşə sədrlik edib və İrana zərbə endirmək üçün konkret planın hazırlanmasını əmr edib. Portalın mənbələrinin qeyd etdiyi kimi, müzakirə ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri və sualtı qayıqlarından raket zərbələri ilə bağlı olub.
Məryəm Quliyeva