Pezeşkian: Regionda sülh üçün vasitəçilik başlayıb
6 Mart 16:06
6 Mart 16:06
6 Mart 12:36
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç İlham Əliyevə məktub ünvanlayıb
Bakıda terror aktı hazırlayan mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib
Medianın İnkişafı Agentliyi ölkəmizlə bağlı informasiya təxribatlarına qarşı xəbərdarlıq edib
Prezident İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
19 Yanvar 12:06
1 897
Dünya İqtisadi Forumunun 2026-cı ildə qlobal risklərlə bağlı hesabatında bildirilir ki, yeni rəqabət dövründə geosiyasi və iqtisadi risklər artır.
Bu barədə xalqcebhesi.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, 2026-cı il üçün risklər geosiyasi risklərdir: “Xüsusən də aparıcı ölkələr arasında yalnız iqtisadi sahədə deyil, həm də digər istiqamətlərdə rəqabətin güclənməsi praktik olaraq bu risklərin dərinləşməsindən xəbər verir. O baxımdan məhz dünya liderlərinin geosiyasi riskləri minalaşdırması ilə bağlı daha real fəaliyyət həyata keçirməsi daha da aktuallaşıb”.
Deputat diqqətə çatdırıb ki, xüsusən qlobal, iqtisadi güclərin həm ticarət müharibələri, həm digər çağırışlarla bağlı atdıqları addımlar birmənalı şəkildə dünya iqtisadiyyatına təsir göstərir: “O baxımdan 2025-ci il ilə müqayisədə 2026-ci il üçün də dünya iqtisadiyyatında artım tempinin azalacağı proqnozlaşdırılır. Bu da birbaşa geosiyasi risklərin daha da aktivləşməsi ilə bağlıdır. Gözlənti ondan ibarətdir ki, 2025-ci ildə müşahidə edilən ticarət müharibələri bu il daha da dərinləşə bilər, geosiyasi gərginlik qlobal olaraq daha da arta bilər. Bütün bunlar isə qlobal iqtisadiyyat üçün arzuolunan deyil”.
Röya İsrafilova
6 Mart 16:06
1 785
6 Mart 15:51
1 722
6 Mart 12:36
2 352