Böyük Britaniya ilə müxtəlif iqtisadi sahələrdə birgə fəaliyyətin təşviqi müzakirə edilib
Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
Biznesin İnkişafı Fondu ASC-yə çevrilib, nizamnaməsi təsdiq edilib
Orta müddətli dövrdə dövlət mülkiyyətində saxlanılacaq müəssisələrin siyahısı dəyişib
“Yüksəliş” müsabiqəsinin 2026-cı ildə keçirilməsinə bir milyon manat ayrılıb
3 Dekabr 2024 10:32
2 982
Həyata keçirilən islahatlar nəticəsində son 3 il ərzində milli ödəniş sistemi infrastrukturu, yəni AZİPS, XÖHKS və AÖS üzərindən emal edilən ödəniş əməliyyatlarının ümumi dövriyyəsi 3.6 dəfə artaraq cari ilin ilk 10 ayında 606 mlrd. manat təşkil edib.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.
O bildirib ki, cari ildə ödəniş kartları ilə ölkə daxilində aparılan ödəniş əməliyyatlarının 63.8%-i nağdsız formada həyata keçirilib.
Ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində qnaunvericilik bazası beynəlxalq təcrübəyə uyğun qurulduqdan sonra 14 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və bir ödəniş sistemi operatorunun fəaliyyəti lisenziyalaşdırılıb. Tənzimləmə və nəzarət çərçivəsinin formalaşdırılması ekosistem iştirkaçıları üçün etibarlı və fəaliyyəti daha da dayanıqlı olan tərəfdaşların yaranmasına imkan verir.
Həyata keçirilən islahatlar çərçivəsində Ani Ödənişlər Sisteminin infrastruktur imkanlarının təkmilləşdirilməsi, açıq bankçılıq üzrə platformanın formalaşdırılması, sandbox rejiminin tətbiqi ilə innovativ həllərinin tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyət diqqəti cəlb edir.
18:13
238
17:30
539
16:22
672