İlham Əliyev “VTB“ bankının prezidentini qəbul edib İqtisadiyyat

İlham Əliyev “VTB“ bankının prezidentini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev "VTB" bankının prezidenti Andrey Kostini qəbul edib.
APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Rusiya arasında digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də əlaqələrin uğurla həyata keçirildiyi vurğulanıb, Azərbaycanın müvafiq qurumları ilə "VTB" bankı arasında əməkdaşlığın bu əlaqələrin daha da genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.
Söhbət əsnasında həmçinin ikitərəfli əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.