11 Dekabr 2024 12:17
4 067
2024-cü ilin 9 ayı üzrə Azərbaycanın xalis maliyyə aktivləri 1 milyard 390.9 milyon ABŞ dolları artıb.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (584 milyon ABŞ dolları), portfel investisiyaları (724.5 milyon ABŞ dolları) və digər investisiyalar (82.4 milyon ABŞ dolları) hesabına formalaşıb.
Qeyd edilib ki, hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 2 milyard 179.6 milyon ABŞ dolları azalıb ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-235.6 milyon ABŞ dolları), neft bonusu (457.8 milyon ABŞ dolları), portfel investisiyaları (-960.6 milyon ABŞ dolları) və digər investisiyalar (-1 441.2 milyon ABŞ dolları) hesabına formalaşıb
11:25
693
27 Noyabr 17:54
1 001
27 Noyabr 16:47
1 001