ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib
14 Mart 13:39
14 Mart 13:39
13 Mart 21:31
13 Mart 21:24
15 Fevral 2025 23:44
3 822
Bəzi insanlar istədikləri mənzilə qovuşduqdan sonra belə müxtəlif problemlərlə üzləşirlər. İlk baxışdan kifayət qədər sadə görünən proses gözlənilməz çətinliklər də yaradır. Yerin narahatlığı, kommunal xidmətlərin çatışmazlığı, yolların yararsız vəziyyəti kimi məsələlər mənzil sahiblərinin rahatlığını kölgə altına salır.
Bakının hansı hissələrindən ev almaq tövsiyə edilmir?
Xalqcebhesi.az xəbər verir ki, Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Mülkədar Rüstəmov qeyd edib ki, hazırda Saray, Masazır, Xırdalan kimi ərazilərdən ev alanların sayı artıb:
“Son iki ildə bu ərazilərdə satışa çıxarılan evlər də çoxalır. Orada yaşayan vətəndaşlar köçmək məcburiyyətində qalırlar. Əsas səbəb isə tıxaclardır. İnsanlar evlərinə gəlib-getməkdə çətinlik çəkirlər”.
Ekspert Xırdalan və Masazırda yol infrastrukturunun da inkişaf etmədiyini deyib:
“İnsanlara xüsusilə Saray, Mehdiabad, Novxanı, Biləcəri ərazisindən ev almağı tövsiyə edərdim. Qeyd etdiyim ərazilər daha əlverişlidir. Masazır və Xırdalandan ev almaq məsləhət deyil”.
14 Mart 10:30
1 568
13 Mart 18:53
1 946
13 Mart 16:19
2 100