
Zelenski: Ukrayna Avropa Birliyinin bir hissəsi olacaq
7 Avqust 19:52
7 Avqust 19:52
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Kredit ittifaqları ilə bağlı məsələ bir az acınacaqlıdır, müəyyən problemlər mövcuddur. Kreditlərin verilməsində, alınmasında müəyyən bir mexanizmlərdə boşluqlar var. Amma ümumilikdə 200 min zərərin açıqlanması o deməkdir ki, keçən illə müqayisədə həqiqətən fərq yaranıb”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında iqtisadçı Asif İbrahimov deyib.
A.İbrahimov əlavə edib ki, keçən il verilən kredit məbləği ilə bu il ayrılan kredit məbləğinin sayı, ödənilən kredit məbləği, nə qədər ödənilməli idi nə qədər ödənilib, nə qədər ayrılıb və s. bu kimi statistik məlumatlar əlimizdə olmadığına görə kredit ittifaqlarının fəaliyyəti ilə bağlı hansısa bir rəy vermək bir az çətinlik yaradır: “Ümumilikdə, deyə bilərəm ki, öz verdikləri açıqlama onu göstərir ki, keçən ilin eyni dövrü üzrə 200 min zərər olmasına baxmayaraq təxminən 80 faizə qədər fərq yaranıb. Belə çıxır ki, keçən ilin hazırkı dövründə bundan çox zərər ediblər. Bu il zərər keçən ildəkindən qat-qat aşağıdır. Burada bir az məlumatlaırn məhdudluğundan dəqiq nəsə demək olmur. Ümumiyyətlə, kredit ittifaqlarını formal və səmərəsiz qurumlar hesab edirəm. Düşünürəm ki, orada korporativ idarəetmə, beynəlxalq standartların tətbiq edilməsi və Mərkəzi Bankda tətbiq olunan qaydalar, mexanizmlərin hər biri orada da tətbiq edilməlidir”.
Röya İsrafilova