Fernandu Santuş: Komandasında mütəmadi oynamayan futbolçu toplanışa dəvət olunmayacaq İdman

Fernandu Santuş: Komandasında mütəmadi oynamayan futbolçu toplanışa dəvət olunmayacaq

"Bəzi oyunçular var ki, milliyə dəvət etmək istəyirdim, amma zədəli olduqları üçün alınmadı".

Apasport.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisnin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında bildirib.
Portuqaliyalı mütəxəssis 5 futbolçunu zədə səbəbi ilə milliyə dəvət etmədiyini söyləyib: "Bunlar Coşqun Diniyev, Anton Krivotsyuk, Mustafa Əhmədzadə, Amin Seydiyev, Aleksey İsayevdir. Bundan əvvəlki toplanışda Ramillə Özancan Kökçü də dəvət edilmişdi. Son oyunlara baxanda, klublarında mütəmadi oynamırlar. Ona görə də, dəvət edilməyiblər. Oynamayan oyunçu toplanışa dəvət almayacaq. Gələcəkdə onlar mütəmadi oynasalar, yenə də millinin qapısı onlara açıqdır".

Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də Latviya, iyunun 10-da isə Macarıstan yığması ilə üz-üzə gələcək.