Bakının mərkəzində avtomobil yanıb Hadisə

Bakının mərkəzində avtomobil yanıb

Səbail rayonunda minik avtomobilində yanğın olub.

APA xəbər verir ki, hadisə “Sahil” metrosunun yaxınlığında qeydə alınıb. "Audi" markalı avtomobil qəflətən alışaraq yanmağa başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası və texnikası cəlb olunub. Yanğın söndürülüb.