Azərbaycanda növbəti torpaq hərracı keçiriləcək İqtisadiyyat

Azərbaycanda növbəti torpaq hərracı keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 25 iyun tarixində, saat 15:00-da növbəti torpaq hərracı keçirəcək.

Bu barədə Xalqcebhesi.az-a Dövlət Xidmətindən bildirilib.

Hərraca Neftçala, Saatlı, Ucar, Zərdab, Goranboy, İmişli, Ağdam, Cəlilabad, Balakən, Qax rayonlarında dövlətə məxsus torpaqlar çıxarılacaq.

Hərracla bağlı ərizələr 26 may - 23 iyun 2025-ci il tarixlərində qəbul ediləcək.