

Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) ilə Türkiyənin “Profen” şirkəti arasında anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, memoranduma əsasən, “Profen” ilə əməkdaşlıq çərçivəsində “Azərkosmos” Afrika qitəsindəki dövlət xidmətləri sahəsində fəaliyyətini genişləndirəcək. Həmçinin “Azərkosmos” və “Profen” arasında yerüstü stansiya xidmətləri sahəsində də strateji əməkdaşlıq həyata keçiriləcək.
Qeyd edək ki, “Profen Satellite Services” peyk texnologiyası və internet/məlumat telekommunikasiyasına əsaslanan radio və yayım xidmətləri göstərir. Şirkət Türkiyə, Yaxın Şərq və Afrika bazarlarında sistem inteqrasiyası və infrastruktur xidmətləri təklif edir.