Dünya çempionatı: Millimiz böyük hesabla qalib gəldi İdman

Dünya çempionatı: Millimiz böyük hesabla qalib gəldi

Azərbaycanın minifutbol üzrə millisi dünya çempionatında ilk qələbəsini qazanıb.

Xalqcebhesi.az xəbər verir ki, A qrupunda yer alan yığma Milli Gimnastika Arenasında Sloveniya yığması ilə qarşılaşıb.

Görüş Elşad Quliyevin rəhbərlik etdiyi kollektivin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan qrupdakı ilk matçında Bəhreynlə, Sloveniya isə Mavritaniya ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.