
Medinski “Qarabağ”ı məqsədli xatırlatdi: Mesaj nədir?
10 İyun 15:20
10 İyun 15:20
10 İyun 13:51
9 İyun 16:11
9 İyun 15:44
Bu ilin yanvarından aprelinədək Azərbaycana səyahət edən çinli turistlərin sayı keçən ilin analoji dövrü ilə müqayisədə 70 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 10-da birinci dəfə qeyd olunan Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününə həsr olunmuş brifinqdə Çinin Azərbaycandakı səfiri Lu Mey bildirib.
Diplomat qeyd edib: “Ümumvətəndaş pasportu sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında sazişin qüvvəyə minməsinin bu axını daha da artıracağı gözlənilir. Artıq tərəflər onun ratifikasiyası və həyata keçirilməsi üçün lazımi addımlar atır. Səfirliyimiz prosedurun gedişi barədə sizə vaxtında məlumat verəcəkdir”.
Çin və Azərbaycan arasında ikitərəfli humanitar əməkdaşlığın getdikcə daha da inkişaf etdiyini vurğulayan diplomat deyib: “İki ölkənin mədəniyyət müəssisələri, beyin mərkəzləri, universitetləri və media orqanları arasında fəal əlaqələr davam etdirilir. Bu yaxınlarda Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov Pekin Xarici Dillər Universitetində olub və Azərbaycan dilini öyrənən müəllim və tələbələr ilə görüşüb. İyunun sonunda Azərbaycanın Medianın İnkişafı Agentliyinin rəhbərləri və bir sıra aparıcı media nümayəndələrinin Çinə səfəri planlaşdırılır.
Dövlət başçılarının diplomatiyası Çin-Azərbaycan münasibətlərinin inkişafında kompas və qütb ulduzudur. Pekin Bakı ilə birlikdə iki liderin əldə etdiyi mühüm razılaşmaları birgə həyata keçirməyə, qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə kömək etməyə və ikitərəfli münasibətlərin məzmununu daim zənginləşdirməyə hazırdır”, - deyə Lu Mey sözlərini yekunlaşdırıb.