Qətər və Pakistan İrana müharibəni dayandırmaq üçün yeni plan təqdim edib
İspaniyada iki sürət qatarı toqquşub: Ölənlərin sayı 46-ya çatdı
BMT rəsmisi: Din amili nəzərə alınmadan mədəniyyətlərarası dialoq tamamlana bilməz
Moratinos: Əsas məqsəd Azərbaycanla Ermənistan arasında sülhü möhkəmləndirməkdir
10 İyun 2025 20:02
4 025
“Türk dövlətləri arasında iqtisadi münasibətlərin güclənməsi üçün geniş imkanlar var və təəssüf ki, hazırda bu imkanlardan tam istifadə edilmir”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
O əlavə edib ki, hazırda bu dövlətlər arasında olan münasibətlərin iqtisadi baxımdan daha da artırılması üçün ən yaxşı alətlərdən bir Türk İnvestisiya Fondunun yaradılmasıdır: “İlkin dövrdə 500 milyon dollar olan Fond, sonradan Macarıstanın qoşulması ilə 600 milyon dollara çatıb. Bu da hesab edirəm ki, bir çox istiqamətlərdə əməkdaşlığın sürətləndirilməsinə, ələlxüsus, investisiya fəaliyyətlərinin sürətləndirilməsinə imkan verəcək. Əlavə olaraq da qeyd etmək istərdim ki, qarşıdakı dönəmlərdə bilavasitə logistika və infrastrukturun gücləndirilməsi bu dövlətlərarası iqtisadi münasibətləri sürətləndirmiş olacaq”.
E.Əmirovun hesab edir ki, türk dövlətləri arasında olan iqtisadi əməkdaşlıq formatını genişləndirmək üçün bir neçə istiqamət var ki, bu istiqamətlərə müraciət etmək olar: “Bunlardan birincisi KOB-ların inkişafı üçün vahid rəqəmsal platformanın yaradılmasıdır. İkincisi, yaradıcı sənaye üzrə ortaq layihələrin genişləndirilməsi potensialı mövcuddur. Digər bir tərəfdən aqroturizmin və kənd yerlərinin inkişafının sürətləndirilməsi üçün ortaq təşəbbüslərin artırılması mümkündür. Türk dövlətləri arasında iqtisadi əməkdaşlığın artımına bunlar xidmət etmiş olar”.
Röya İsrafilova