13:48
693
Qətər vasitəçiləri İrana ABŞ və İsrail ilə müharibənin dayandırılması haqqında yeni saziş layihəsini təhvil veriblər. Tehranın öz cavabını həftənin sonunadək təqdim edəcəyi gözlənilir.
Xalqcebhesi.az xəbər verir ki, "Reuters" agentliyinin danışıqların gedişatı ilə tanış olan mənbəyə istinadən verdiyi məlumata görə, sənəd tərəflər arasında etimadın möhkəmləndirilməsi üçün mərhələli tədbirlərdən ibarət yeddi günlük planı nəzərdə tutur.
Sazişin icrasına artıq gələn həftənin əvvəlində başlanıla bilər. Bu zaman bir neçə dövlət əldə olunacaq razılaşmaların zəmanətçisi kimi çıxış etməlidir.
Vasitəçilik səylərinə Qətər və Pakistan başçılıq edir. Daha əvvəl onların iştirakı ilə iyun ayında müvəqqəti atəşkəsə nail olunmuşdu, lakin razılaşmalar tezliklə pozulmuşdu.
Məryəm Quliyeva