

Kreml ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskini Moskva və Sankt-Peterburqu vurmağa çağırması ilə bağlı mətbuatda yayılan xəbərlərin feyk ola biləcəyini güman edir.
APA-nın Moskva müxbiri xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə ritorikanın indi ortaya çıxmadığını bildirib.
"Bir qayda olaraq, onların hamısı çox vaxt feyk olur. Bəzən bəzi ciddi sızmalar olur, o cümlədən əvvəllər çox hörmətli saydığımız nəşrlərdə”, - Peskov "The Washington Post"da dərc olunan məlumatı şərh edərkən deyib.