Bu ay Ağdamın Xıdırlı kəndinə 188 ailə köçürüləcək Cəmiyyət

Bu ay Ağdamın Xıdırlı kəndinə 188 ailə köçürüləcək

Ağdamın Xıdırlı kəndinə bu ay ərzində 188 ailənin köçü təmin ediləcək.

Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Onun sözlərinə görə, növbəti 2 ay ərzində isə müvafiq olaraq 195 və 390 ailə kəndə köçürüləcək.

Qeyd olunub ki, Ağdam rayonunda "Böyük qayıdış" birinci Dövlət Proqramı çərçivəsində nəzərdə tutulmuş 5 kənddən 3-də bu köç təmin olunur. Bununla paralel olaraq, həm Baş Qərvənd kəndində, həm Eyvazxanbəyli kəndində tikinti işlərinə bu ay start veriləcək: “2026-cı ilin sonun qədər bu kəndlərdə də bərpa işləri yekunlaşacaq və əhalinin köçürülməsi təmin ediləcək".