Dünya bazarlarında neftin qiyməti artır İqtisadiyyat

Dünya bazarlarında neftin qiyməti artır

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,09% artaraq 1 barelə görə 68,82 ABŞ dolları təşkil edib.

"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,09% artaraq 66,35 ABŞ dollarına bərabər olub.