İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
5 Avqust 2025 08:10
2 373
ABŞ mətbuatı ABŞ-nin kosmosda yeni bir addım atacağını irəli sürüb.
“Politico”nun məlumatına görə, ABŞ-nin nəqliyyat naziri və Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının müvəqqəti administratoru Şon Daffi bu həftə Ayda nüvə reaktoru qurmaq planını açıqlayacaq. Bir NASA rəsmisi isə əsas məsələnin ikinci kosmos yarışında qalib gəlmək olduğunu bildirib.
2030-cu ilə qədər istifadəyə veriləcək 100 kilovat gücə sahib olması gözlənilən reaktor üçün təkliflərin alınması üçün müraciət edilib.
ABŞ rəsmiləri ilk reaktora sahib olacaq ölkənin qadağa zonası elan edərək ABŞ-ni qısıtlamasından narahatdırlar.
Rusiya və Çinin birgə layihəsi bu baxımdan xüsusilə diqqət çəkir.