

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Türkmənistanda İranın vitse-prezidenti Məhəmməd Rza Arif və Ermənistan prezidenti Vaaqn Xaçaturyan arasında görüş keçirilib.
Görüş BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransı çərçivəsində baş tutub.
Tərəflər İran Prezidenti Məsud Pezeşkianın yaxın vaxtlarda Ermənistana səfəri barədə müzakirə aparıblar.
Bundan başqa İran və Ermənistan arasında ticarət, kənd təsərrüfatı, elm və texnologiya sahələri barəsində fikir mübadiləsi aparılıb.
İranın vitse-prezidenti ölkəsində fəaliyyət göstərən şirkətlərin Ermənistanda nəqliyyat, su bəndləri, yaşayış qəsəbələri və başqa infrastruktur layihələrində iştirak etməyə hazır olduğunu bəyan edib.
Ermənistan Prezidenti ölkəsinin İranla əlaqələrinin dərinləşdiyini vurğulayaraq, Pezeşkianın Ermənistana səfərini səbirsizliklə gözlədiyini bildirib.