Tramp: ABŞ Hindistandan idxal olunan mallara rüsumları əhəmiyyətli dərəcədə artıracaq Dünya

Tramp: ABŞ Hindistandan idxal olunan mallara rüsumları əhəmiyyətli dərəcədə artıracaq

Rusiya-Ukrayna münaqişəsi davam edərkən Hindistan hökuməti çoxlu pul qazanır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Truth sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Hindistan nəinki böyük həcmdə Rusiya nefti alır, həm də bu idxalın əhəmiyyətli bir hissəsini xarici bazara sataraq böyük gəlir əldə edir. Bununla bağlı Tramp tezliklə ABŞ bazarına çıxarılan Hindistan mallarından alınan rüsumları əhəmiyyətli dərəcədə artıracağına söz verib.

Məryəm Quliyeva