“Makron Fransanın ən uğursuz daxili siyasət həyata keçirən prezidenti kimi tarixə düşür”
Azər Allahverənov Leadership Force Academy-nin direktoru Nurettin Ağdaşanı qəbul edib
Misir Mədəniyyət Mərkəzində azərbaycanlı rəssamın sərgisi olub
“Pekinin Moskvanın bütün tələblərini dəstəkləyəcəyinə zəmanət yoxdur”
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub - FOTO
5 Avqust 2025 07:51
2 772
Sahil Təhlükəsizlik qrupları Türkiyənin İzmir şəhərinin Seferihisar sahillərində 83 qeyri-qanuni miqrantı ələ keçirib.
Sahil Təhlükəsizlik Komandanlığından verilən açıqlamaya görə, Seferihisar sahillərində Sahil Mühafizəsinə aid PUA ilə bir qrup qeyri-qanuni miqrant aşkarlanıb. Bölgəyə göndərilən Sahil Mühafizəsinin qayığı 5-i uşaq olmaqla 30 qeyri-qanuni miqrantın qarşısını alıb və onları yaxalayıb.
Jandarma qrupları miqrant qaçaqmalçısı olmaqda şübhəli bilinən 1 nəfəri saxlayıb.
Eləcə də 1-i uşaq olmaqla 19 qeyri-qanuni miqrant Menderes sahillərində Sahil Mühafizəsinin PUA-sı tərəfindən müşahidə edilən qayıqda ələ keçirilib.
Sahil Mühafizə qrupları Çeşmə sahillərində də qayıqla 2-si uşaq olmaqla 23 qeyri-qanuni miqrantı yaxalayaraq sahilə çıxarıb. Bölgəyə yerləşdirilən Sahil Mühafizəsi Hüquq Mühafizəsinə Dəstək Qrupu polis qrupları ilə birlikdə quruda 2-si uşaq olmaqla 11 qeyri-qanuni miqrantı ələ keçirib.
Prosedurların ardından qeyri-qanuni miqrantlar İl Miqrasiya İdarəsi Müdirliyinə göndərilib.