“Siqaret satışına ciddi nəzarət olmalıdır”
13 Yanvar 19:20
13 Yanvar 19:20
13 Yanvar 18:56
13 Yanvar 17:06
13 Yanvar 16:27
Britaniya 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edə bilər
Şərurda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
Rəsmi Bakı Venesuelada sülh və sabitliyin bərqərar olacağına ümid edir
Ceyhun Bayramov Venesuela XİN rəhbəri ilə Karakasdakı son hadisələri müzakirə edib
Rusiya XİN İranın daxili siyasətinə xarici müdaxiləni pisləyir
28 Avqust 2025 18:40
2 786
İslam İnkişaf Bankı (IsDB) Qrupu 2026-cı il iyunun 16-dan 19-dək Bakıda Müdirlər Şurasının 51-ci İllik Toplantısını keçirəcək.
"Report" IsDB-yə istinadən xəbər verir ki, tədbir çərçivəsində həmçinin bir sıra paralel toplantılar - Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyasının (ITFC) 22-ci Baş Assambleyası, İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortalanması Korporasiyasının (ICIEC) Müdirlər Şurasının 33-cü illik iclası, İslam Özəl Sektorun İnkişafı Korporasiyasının (ICD) Müdirlər Şurasının 26-cı illik iclası, İnkişaf naminə İslam Həmrəylik Fondunun (ISFD) 19-cu Baş Assambleyası təşkil olunacaq.
Toplantılarda dayanıqlı iqtisadi inkişafın təşviqi və üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi müzakirə ediləcək. İclaslar həmçinin qlobal inkişaf məsələlərinin gündəmə gətirilməsi və praktiki həll yollarının müəyyən olunması üçün mühüm beynəlxalq platforma rolunu oynayacaq.
Tədbirlərdə bankın 57 üzv ölkəsindən maliyyə, iqtisadiyyat, beynəlxalq inkişaf və planlaşdırma nazirləri, beynəlxalq maliyyə institutları və inkişaf təşkilatlarının yüksək səviyyəli nümayəndələri, islam maliyyəsi üzrə ekspertlər, özəl sektor və vətəndaş cəmiyyəti liderləri iştirak edəcəklər.
Azərbaycan 1992-ci ildən IsDB-nin üzvüdür və bankın kapitalında 0,13 %-lik paya malikdir.
2024-cü ilin sonuna IsDB Qrupu tərəfindən Azərbaycana ayrılmış maliyyələşmənin ümumi həcmi 1,298 milyard ABŞ dollarına çatıb və 81 layihəni əhatə edir. Bu vəsaitin böyük hissəsi - 1,106 milyard ABŞ dolları - 35 təşəbbüs üzrə layihə maliyyələşməsinə yönəldilib. 185,8 milyon ABŞ dolları 20 ticarət maliyyələşməsi əməliyyatına, 4,4 milyon ABŞ dolları 23 texniki yardım layihəsinə, 1,6 milyon ABŞ dolları isə üç xüsusi yardım təşəbbüsünə ayrılıb.
13 Yanvar 18:06
1 113
13 Yanvar 17:58
1 036
13 Yanvar 16:35
1 232