Dünya fond bazarlarının əsas indeks göstəriciləri İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Amerika fond bazarlarında Dow Jones indeksi 0,09% – 46,441.10 bəndədək, S&P 500 indeksi 0,34% – 6,711.20 bəndədək, Nasdaq indeksi isə 0,42% – 22,755.16 bəndədək artıb.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 1.03% – 9,446.43 bəndədək, Almaniyanın DAX indeksi 0,98% – 24,113.62 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,90% – 7,966.95 bəndədək artıb.

Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0,02% artaraq 1.1734 dollar təşkil edib.