Azərbaycan və Ermənistan liderləri Vaşinqton Bəyannaməsinin icrasını müzakirə ediblər - FOTO - YENİLƏNİB Siyasət

Azərbaycan və Ermənistan liderləri Vaşinqton Bəyannaməsinin icrasını müzakirə ediblər  - FOTO - YENİLƏNİB

Oktyabrın 2-də Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü olub.

Görüşdə tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar. Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər.

Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri regionda nəqliyyat kommunikasiyalarının faydalarını vurğulayıblar, Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatı və Ermənistan ərazisində TRIPP layihəsini müzakirə ediblər, Vaşinqton Bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər bu xüsusda ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların ləğv olunması ilə bağlı yekdilliklə qəbul edilmiş qərarı alqışlayıblar.

Görüşdə tərəflər etimad quruculuğu tədbirlərinin bundan sonra da həyata keçirilməsinin vacibliyini vurğulayıb və təmasları davam etdirmək barədə razılığa gəliblər.

***

11:16

Prezident İlham Əliyev Nikol Paşinyanla görüşüb.

Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü baş tutub.

Kopenhagendə Prezident İlham Əliyevin Nikol Paşinyanla görüşü baş tutub - FOTO Kopenhagendə Prezident İlham Əliyevin Nikol Paşinyanla görüşü baş tutub - FOTO Kopenhagendə Prezident İlham Əliyevin Nikol Paşinyanla görüşü baş tutub - FOTO