

1 Oktyabr 23:47
1 Oktyabr 23:17
Kolumbiya prezidenti Qustavo Petro İsrailin bütün diplomatlarını Kolumbiyadan çıxaracağını açıqlayıb.
İsrailin Qlobal Sumud Donanmasına hücumundan sonra Kolumbiya prezidenti Qustavo Petro sosial şəbəkədə Kolumbiyadakı bütün israilli diplomatların ölkədən çıxarılacağını açıqlayıb.
"Əlimizdə olan məlumat doğrudursa, bu, Netanyahunun törətdiyi başqa bir beynəlxalq cinayətdir. İsraillə azad ticarət müqaviləsi dərhal ləğv ediləcək. İsrailin Kolumbiyadakı bütün diplomatik missiyası ölkədən çıxarılacaq", - Petro açıqlayıb.
Kolumbiya mətbuatının yazdığına görə, Petro Qəzzaya doğru hərəkət edən Qlobal Sumud Donanmasının hücuma məruz qalması və onların arasında iki Kolumbiya vətəndaşının da olması səbəbilə belə qərara gəlib.