Əfqanıstanda internetə qoşulma qismən bərpa edilib Dünya

Əfqanıstanda internetə qoşulma qismən bərpa edilib

Əfqanıstanda internet bağlantısı qismən bərpa edilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "NetBlocks" beynəlxalq internet monitorinq xidməti məlumat yayıb.

"İnternet şəbəkəsi ilə bağlı əməliyyat məlumatları Əfqanıstanda internetə qoşulmanın qismən bərpa edildiyini göstərir", — xidmətin X-də dərc olunan bəyanatında deyilir.

Amu TV mənbələrə istinadən daha əvvəl məlumat vermişdi ki, Kabil hava limanı internet kəsilməsi səbəbindən bütün reysləri ləğv etmək məcburiyyətində qalıb. Aeroport işçilərinə fiber-optik internet çıxışını bağlamaq planları barədə əvvəlcədən məlumat verilməyib.

Khaama Press agentliyinin bildirdiyinə görə, yüzlərlə sərnişin Dubay hava limanında Əfqanıstana uçmaq üçün gözləyir.

Məryəm Quliyeva