

Ermənistanın baş naziri Nikol Paşinyan son illərdə müxalifətin öz hökumətinə qarşı "hibrid müharibə" apardığını və bunun nəticəsində onun nənəsini "nasizmin tərəfdarı" kimi qələmə verdiklərini bildirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Paşinyan parlamentdə çıxışı zamanı qeyd edib.
"Dinləyin, 2020-2021-ci illərdə bizə qarşı aparılan hibrid müharibə kimi bir şey heç vaxt olmayıb və olmayacaq. Müxalifət əvvəlcə mənim babamı satqın adlandırdı, çünki o, iddia olunurdu ki, II Dünya Müharibəsində nasistlərin tərəfində olub".
Baş nazir həmçinin müxalifət deputatının müsahibəsini şərh edib. Deputat Paşinyanı dövlətə xəyanət etməkdə ittiham etmişdi və Paşinyan ona sual verib: "Əgər bu cür faktlarınız varsa, niyə onları dərc etmirsiniz?"
Məeyəm Quliyeva