
“Regionda davamlı sülh üçün…”-ekspert
7 Oktyabr 14:00
7 Oktyabr 14:00
7 Oktyabr 13:16
Azərbaycan və Slovakiya kibertəhlükəsizlik üzrə əməkdaşlıq imkanlarını müzakirə edib
AQTA ötən ay İmişlidə toyda baş verən kütləvi zəhərlənmənin səbəbini açıqlayıb
Çin, Türkiyə və BƏƏ şirkətləri ABŞ Ticarət Nazirliyinin “qara siyahısı”na salınıb
Azərbaycan III MDB Oyunlarını medal sıralamasında ikinci pillədə başa vurub
Bu günə qədər Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində 8 245 müqavilə bağlanılıb ki, bunun da 1 988-i bu ilin yanvar-sentyabr aylarının payına düşüb.
Bu barədə İpoteka və Kredit Zəmanət Fondu xəbər verir.
Xatırladaq ki, bu mexanizm Prezident İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli fərmanı əsasında, şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tətbiq olunur.
Ümumilikdə satmaq öhdəliyi ilə kirayə mexanizmindən faydalaraq mənzil şəraitini yaxşılaşdıran vətəndaşların 58 %-dən çoxu gənclər və gənc ailələrdir.
İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Fond vətəndaşlara 17 ünvanda mənzillər təqdim edib. Onlardan 8 ünvan Bakı şəhərində, 6 ünvan Abşeron rayonunda (Xırdalan şəhərində 3 ünvan, Abşeron rayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində 3 ünvan), 3 ünvan isə Sumqayıt şəhərində yerləşir.
Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə (məktəb, bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla təmir olunaraq, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, eyni zamanda mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.