HƏMAS Qəzzada silahsız müşahidəçiləri qəbul etməyə hazırdır Dünya

HƏMAS Qəzzada silahsız müşahidəçiləri qəbul etməyə hazırdır

Fələstin HƏMAS hərəkatı Qəzza sektorunda silahsız müşahidəçilərin yerləşdirilməsinə razı olduğunu bildirib. Bu müşahidəçilər yalnız ərəb və ya İslam ölkələrindən deyil, həm də digər ölkələrdən ola bilər və münaqişə başa çatdıqdan sonra bölgədəki sabitliyi nəzarət altında saxlamaq üçün beynəlxalq bir qrupun tərkibində iştirak edə bilərlər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Sky News Arabia məlumat yayıb.

HƏMAS hərəkatının mənbələrinə görə, radikal qruplar "silahsız müşahidəçilərin həm ərəb ölkələrindən, həm də beynəlxalq dairələrdən gəlməsinə" razıdırlar. Lakin mənbələr vurğulayıb ki, HƏMAS "Türkiyənin hərbi bölmələrinin Qəzza ərazisində iştirakını tələb etməyib".

Məryəm Quliyeva