Covan Canciç: Azərbaycan Prezidentinin Serbiyaya səfəri gözlənilir Siyasət

Covan Canciç: Azərbaycan Prezidentinin Serbiyaya səfəri gözlənilir

Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri gözlənilir.

Bunu jurnalistlərə açıqlamasında Serbiya Milli Assambleyanın sədr müavini Covan Canciç deyib.

“Prezident İlham Əliyevin səfərinin baş tutacağını gözləyirik. Bundan sonra Serbiya Prezidenti Aleksandr Vuçiç də Azərbaycana səfər edəcək", - deyə Covan Canciç bildirib.