Tramp: Çin üçün gömrük rüsumlarını azalda bilərik Dünya

Tramp: Çin üçün gömrük rüsumlarını azalda bilərik

Çin fentanillə mübarizədə ABŞ-a dəstək versə, bu ölkədən idxal olunan mallara tətbiq olunan gömrük rüsumları azaldıla bilər.

APA xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu açıqlamanı keçirdiyi brifinqdə jurnalistlərə bildirib.

Xatırladaq ki, fentanil ABŞ-da ciddi qurbanlara səbəb olan təhlükəli opiat növüdür. Məhz Prezident Trampın narkotiklərlə mübarizə strategiyası çərçivəsində Kanada, Meksika və Çin mallarına əlavə gömrük rüsumları tətbiq edilmişdi.

Tramp administrasiyası daha əvvəl açıqlamışdı ki, Çin rəsmiləri fentanilin ABŞ-a çatmasının qarşısını almaq üçün kifayət qədər tədbir görməyib, bu da cinayətkar kartellərin təhlükəli narkotikləri istehsal edib yaymasına şərait yaradır.