Azərbaycanlı investorlara Əbu-Dabi Birjasında qarşılıqlı ticarət imkanı yaradılıb
Almaniya İsrailə silah satışına qoyulan məhdudiyyətləri aradan qaldıracaq
Nazir müavini: WTDC25-in Bakıda keçirilməsi Azərbaycanın qlobal nailiyyətlərinə verilən qiymətdir
Rusiya qoşunları son 24 saat ərzində üç yaşayış məntəqəsini nəzarətə götürüb
Nazir: Tamştatlı müəllim konseptini Azərbaycan məktəblərinə gətirmək üzərində işləyirik
11:39
658
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində (AQC) yeni kadr təyinatı həyata keçirilib. Qurumun sədri Vüqar Orucun sərəncamı ilə İbrahimov Asif Arzuman oğlu müşavir vəzifəsinə təyin edilib.
Asif İbrahimov idarəetmə və beynəlxalq standartlar sahəsində geniş təcrübəyə malik mütəxəssis kimi tanınır. O, ali təhsilini Bakı Slavyan Universitetində və Moskva Dövlət İqtisadiyyat və Statistika Universitetində menecment ixtisası üzrə alıb. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi üzrə təhsilini davam etdirib.
Onun 17 illik peşəkar fəaliyyəti Azərbaycanla yanaşı, Türkiyə və Gürcüstanda da davam edib. Bu müddətdə 200-dən çox yerli və beynəlxalq layihədə aparıcı məsləhətçi kimi iştirak edib, müxtəlif müəssisə və təşkilatlarda beynəlxalq idarəetmə standartlarının tətbiqinə rəhbərlik edib. O, şirkətlərdə idarəetmə proseslərinin təkmilləşdirilməsi, beynəlxalq standartların tətbiqi və ixraca yönəlik məhsullar üzrə məsləhət xidmətlərinin göstərilməsi sahəsində ən tanınmış ekspertlərdən biri hesab olunur.
Asif İbrahimov həmçinin İSO 9001:2015, İSO 14001:2015, İSO 45001:2018, İSO 37001, İSO 10002:2018, Global G.A.P. və digər idarəetmə sistemlərinin tətbiqi üzrə ixtisaslaşmış mütəxəssisdir və bu standartları MDB-də tətbiq edən ilk şəxsdir. Müxtəlif illər ərzində o, bir sıra dövlət qurumlarında bu standartların tətbiqinə rəhbərlik edib və ölkədə bir sıra yeniliklərin ilk icraçıları sırasında olub.
Bundan başqa, o, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında müəllimlik fəaliyyətini davam etdirir və müxtəlif dövlət və özəl təşkilatlarda təlimçi kimi çıxış edir. Asif İbrahimov həmçinin Mərkəzi Bankın məsləhətçi-eksperti kimi də fəaliyyət göstərir.
Qeyd edək ki, Asif İbrahimov şəhid ailəsindəndir. Onun atası, İbrahimov Arzuman Pənah oğlu, 1992-ci ildə Qarabağ döyüşlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olub.
Cavid
13:39
77
13:26
350
12:59
469