12:39
700
2025-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana ümumilikdə 1 milyard 793 milyon 87.9 min ABŞ dolları dəyərində 94 583 ədəd avtomobil idxal olunub.
Bu barədə “APA-Economics”ə Dövlət Gömrük Komitəsindən bildirilib.
2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 26.6% və ya 19 860 ədəd, dəyəri isə 20.8% və ya 308.7 milyon dollar artıb. 2024-cü ilin müvafiq dövründə Azərbaycana 1 milyard 484 milyon 416.8 min ABŞ dolları dəyərində 74 723 ədəd avtomobil idxal edilib.
Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı 1732 ədəd təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 33.2% azdır.
Xatırladaq ki, bu dövrdə Azərbaycana 991 milyon 489 min dollar dəyərində 51 min 133 ədəd hibrid avtomobil idxal olunub.
14:18
497
14:18
455
13:39
560