İŞKUR: Gələcəyin peşələri texnoloji inkişafa, iqtisadi dəyişikliklərə uyğunlaşan peşələr olacaq İqtisadiyyat

İŞKUR: Gələcəyin peşələri texnoloji inkişafa, iqtisadi dəyişikliklərə uyğunlaşan peşələr olacaq

Gələcəyin peşələri texnoloji inkişafa, qlobal iqlim dəyişikliyinə, iqtisadi dəyişikliklərə uyğunlaşa bilən peşələr olacaq.

Bu barədə Türkiyə İş Qurumunun (İŞKUR) baş direktor müavini İbrahim Oğuzhan Yıldırım Bakıda keçirilən Gələcəyin Peşələri Sammitində çıxışı zamanı bildirib.

O bildirib ki, gələcəyin peşələrinin nə olacağı barədə sadəcə sahib olunan məlumatlar əsasında ehtimallar üzərindən danışmaq mümkündür:

"Mühasibatlıq, tibbi məsləhətçi, hüquq məsləhətçisi kimi peşələrin sıradan çıxacağı düşünülür. 2024-cü ildə Türkiyə üzrə apardığımız araşdırmanın nəticələri gələcəkdə peşələr yox, bacarıqların ön plana çıxacağını deməyə imkan verir. Gələcəkdə klassik peşələrin sıradan çıxacağını düşünürük. Qlobal istiləşmə fonunda sadəcə rəqəmsallaşma yox, "yaşıl transformasiya" da ön planda tutulmalı məsələdir.
Gələcəyin peşələri hansılar olacaq? Bu suala dəqiq, konkret cavab vermək mümkün deyil. Gələcəkdə sosial rifahın aşağı düşəcəyini yox, əksinə yüksələcəyinə ümid edirik. Ən mühüm məqam dəyişikliklərə uyğunlaşa bilmək, gələcəkdəki dəyişikliklərə indidən hazır olmaqdır".