16:49
511
2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 89 milyon 731 min ABŞ dolları dəyərində 105 min 308.9 ton Aİ-95 markalı avtomobil benzini idxal edilib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm ifadəsində 88.8% və ya 49.5 min ton, dəyər ifadəsində isə 66.9% və ya 36.9 milyon ABŞ dolları artıb.
Hesabat dövründə ölkəyə Aİ-95 markalı avtomobil benzini Rusiyadan ( 69.4 min ton), Belarusdan ( 12 min ton), Rumıniyadan ( 11.7 min ton), Birləşmiş Ərəb Əmirliklərindən ( 9.3 min ton), Gürcüstandan ( 1.5 min ton) və Bolqarıstandan (1.4 min ton) idxal edilib.
Eyni zamanda bu dövrdə ölkəyə 2 milyon 178 min ABŞ dolları dəyərində 1777 ton Aİ-95 markalı avtomobil benzini idxal edilib.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1081 min ton avtomobil benzini istehsal edilib.