Yunanıstan Egey dənizindəki adalarda raket sistemləri yerləşdirəcək Dünya

Yunanıstan Egey dənizindəki adalarda raket sistemləri yerləşdirəcək

Yunanıstan “Egey dənizini qurudan bağlamaq” üçün adalarda yüzlərlə, bəlkə də minlərlə mobil raket sistemləri yerləşdirəcək.

APA xəbər verir ki, bu barədə “Türkiye Today” Yunanıstanın müdafiə naziri Nikos Dendiasa istinadən məlumat yayıb.

Dendias bildirib ki, yeni “Axil qalxanı” layihəsi çərçivəsində Egey adalarına və Türkiyə-Yunanıstan sərhədinə beş növ raket sistemi yerləşdiriləcək, bu da həm dənizi, həm də hava məkanını əhatə etməyə imkan verəcək.