1 Dekabr 2025 14:32
2 583
Qazaxıstanın 19 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Kirill Keker vəfat edib.
Bu barədə "Kayrat" klubunun mətbuat xidməti məlumat yayıb.
46 yaşlı mütəxəssisin ölüm səbəbi açıqlanmayıb.
Keker Qazaxıstanın U-19 komandası ilə birgə "Kayrat" klubunun akademiyasının rəhbəri idi. O, 2022-ci ilin yayında hazırda "Turan Tovuz"u çalışdıran Kurban Berdıyevin istefasından sonra Alma-Ata təmsilçisinin baş məşqçisi təyin olunub. 2024-cü aprelində istefaya göndərilən Kirill Keker daha sonra 4 ay müddətinə "Ordabası"nın sükanı arxasına keçib.
07:26
525
5 İyul 20:01
1 393
5 İyul 20:00
1 393
Niyaməddin Orduxanlının rəhbərlik etdiyi QHT Əmircan bələdiyyəsində görüş keçirib