09:26
413
Dekabrın 1-də ABŞ və Avropa fond bazarlarında əsas indekslər günü enişlə başa vurub.
"APA-Economics"in məlumatına görə, ABŞ bazarlarında Dow Jones indeksi 0,90% azalaraq 47 289,33 bəndə, S&P 500 indeksi 0,53% azalaraq 6 812,63 bəndə düşüb. Nasdaq Composite isə 0,38% enərək 23 275,92 bənd təşkil edib. NYSE Composite indeksi də 0,72% azalaraq 21 666,46 bəndə, Kanadanın S&P/TSX Composite indeksi isə 0,90% enişlə 31 101,78 bənd səviyyəsinə düşüb.
Avropa fond bazarları da Euro Stoxx 50 indeksi 0,01% azalaraq 5 667,48 bənd olub. FTSE 100 indeksi 0,18% enərək 9 702,53 bənd təşkil edib, Almaniyanın DAX indeksi 1,04% azalma ilə 23 589,44 bəndə geriləyib, Fransanın CAC 40 indeksi 0,32% enərək 8 097,00 bənd səviyyəsinə düşüb. İspaniyanın IBEX 35 indeksi isə yeganə artım göstərərək 0,11% yüksəlib və 16 389,00 bəndə çatıb.
Bazarların enişi ABŞ-da makroiqtisadi göstəricilərlə bağlı qeyri-müəyyənlik, investorların risk iştahının azalması və qlobal monetar siyasətə dair gözləntilərin dəyişməsi ilə əlaqələndirilir.
10:07
35
09:51
301
09:23
413