10:05
623
Qlobal fond bazarlarında qarışıq dinamika müşahidə olunub.
"APA-Economics" xəbər verir ki, ABŞ fond bazarlarında Dow Jones Industrial Average 0,58% artaraq 48 185,80 bənd təşkil edib. S&P 500 Index 0,62% artaraq 6 824,66 bəndə yüksəlib, Nasdaq Composite isə 0,83% artaraq 22 822,42 bənd olub. Bununla yanaşı, NYSE Composite Index 0,14% artaraq 22 830,71 bəndə yüksəlib, S&P/TSX Composite Index isə 0,42% azalaraq 33 477,71 bənd təşkil edib.
Avropa bazarlarında isə əsasən azalma tendensiyası müşahidə olunub. Euro Stoxx 50 0,29% azalaraq 5 896,29 bəndə düşüb. FTSE 100 Index 0,05% geriləyərək 10 603,48 bənd, DAX Index 1,14% azalaraq 23 806,99 bənd təşkil edib. Eyni zamanda, CAC 40 Index 0,22% azalaraq 8 245,80 bəndə, IBEX 35 Index isə 0,15% azalaraq 18 104,90 bəndə düşüb.
Asiya-Sakit okean regionunda isə əsas indekslər üzrə əsasən müsbət dinamika qeydə alınıb. Nikkei 225 1,91% artaraq 56 963,73 bəndə yüksəlib. TOPIX Index 0,10%, Hang Seng Index 0,53%, CSI 300 Index isə 1,42% artıb. Bununla yanaşı, S&P/ASX 200 Index 0,25%, MSCI AC Asia Pacific Index isə 0,92% azalıb.