14:57
588
"Müəllimlərin İşə Qəbulu üzrə ödəniş etməli olan namizədlərdən 21050 şəxs artıq iştirak haqqını ödəyərək müsabiqədə iştirakını təsdiqləyib".
Bu barədə APA-nın sorğusuna cavab olaraq, MÜTDA-dan məlumat verilib.
Bildirilib ki, artıq hazırlıq mərhələsi yekunlaşmaq üzrədir: "14 iyuldan etibarən müəllimlərin işə qəbulu üzrə test imtahanlarına start veriləcək. Bu həftə ərzində isə namizədlərin şəxsi kabinetlərinə imtahanın keçiriləcəyi tarix, saat və məkan barədə məlumat göndəriləcək".