Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyi kompleks yanaşma tələb edir Cəmiyyət

Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyi kompleks yanaşma tələb edir

Rəqəmsal inkişaf və süni intellektin yaratdığı imkanlarla yanaşı, uşaqların sosial şəbəkələrdə üzləşdiyi risklərə qarşı kompleks tədbirlər görülməlidir.

Teleqraf xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının təşkil etdiyi “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda keçirilən müzakirələrdə deyib.

Deputatın sözlərinə görə, rəqəmsal texnologiyalar inkişaf etdikcə, uşaqların sosial şəbəkələrdə üzləşdiyi təhlükələr də artır:

“Bu problemlərin həlli üçün dövlət, ailə, məktəb, texnologiya şirkətləri və vətəndaş cəmiyyəti birgə fəaliyyət göstərməlidir”.

O vurğulayıb ki, valideynlərin maarifləndirilməsi, rəqəmsal savadlılığın artırılması və uşaqların sosial şəbəkələrdə təhlükəsizliyinin təmin olunması xüsusi əhəmiyyət kəsb edir.