16:39
1 043
İran Silahlı Qüvvələri həlak olmuş ali lider Əli Xameneyinin Məşhəd şəhərində keçirilən dəfn mərasimi zamanı Sovet istehsalı olan "MiG-29" qırıcı təyyarələrini havaya qaldırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Məlumata görə, qırıcılar dəfn mərasimi zamanı təhlükəsizliyi təmin etmək məqsədilə şəhər üzərindəki hava məkanında patrul xidməti həyata keçirir. Digər təfərrüatlar barədə məlumat verilmir.
Məryəm Quliyeva