5 Noyabr 16:31
5 Noyabr 16:25
5 Noyabr 15:32
9 İyul 16:59
2 821
Türkiyə Superliqasında 2026/2027 mövsümünün oyun cədvəli müəyyənləşib.
Püşkatmadan sonra mövsümün derbi qarşılaşmalarının keçiriləcəyi həftələr də bəlli olub.
İlk böyük qarşılaşma 4-cü turda baş tutacaq. Həmin həftə "Fənərbağça" öz meydanında "Beşiktaş"ı qəbul edəcək.
Derbi oyunlarının təqvimi belədir:
4-cü tur: "Fənərbağça" – "Beşiktaş"
6-cı tur: "Trabzonspor" – "Qalatasaray"
8-ci tur: "Trabzonspor" – "Beşiktaş"
9-cu tur: "Qalatasaray" – "Fənərbağça"
13-cü tur: "Beşiktaş" – "Qalatasaray"
15-ci tur: "Fənərbağça" – "Trabzonspor"
Qeyd edək ki, Superliqasda 2026/2027 mövsümü avqustun 14-də start götürəcək. Çempionat dekabrın 21-də qış fasiləsinə yollanacaq, yanvarın 15-də bərpa olunacaq. Mövsümə isə 2027-ci il mayın 23-də yekun vurulacaq.
5 Noyabr 17:33
805
5 Noyabr 17:06
812
5 Noyabr 16:59
840