Sabah Nizami və Sabunçunun bir hissəsində qaz olmayacaq Cəmiyyət

Sabah Nizami və Sabunçunun bir hissəsində qaz olmayacaq

Sabah Bakının Nizami rayonu və Sabunçu qəsəbəsinin bəzi küçələrində qaz kəsiləcək.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun R.Rüstəmov, E. Süleymanov, Q. Qarayev, C. Naxçıvanski küçələrinin, Sabunçu qəsəbəsinin isə E. Mehdiyev, İ. Aslanov və M.İbrahimov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.