14:56
595
Bu ilin 6 ayında həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə cinayətlərin 93,9 faizi, o cümlədən prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 218 və görülmüş operativ cavab tədbirləri ilə 3.013 cinayət açılıb.
Bu barədə Daxili İşlər Nazirliyində 2026-cı ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, eləcə də 4.474 hüquqazidd əməlin qarşısı alınıb. Müxtəlif cinayətlər törətmiş 6.887 şəxs məhkəmə məsuliyyətinə verilib. İstintaqdan və təhqiqat orqanlarından yayınan 4.282, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 645 təqsirləndirilən şəxs tutulub. Axtarış işinin nəticələri 3 faiz yaxşılaşaraq 82,7 faizə yüksəlib.