Hakan Fidan Qətərdə regional təhlükəsizlik məsələlərini müzakirə edəcək
Aİ Rusiya ilə bağlı 16 fiziki şəxsi və 7 təşkilatı qara siyahıya salıb
Ərdoğan: Türkiyənin Aİ-nin müdafiə layihələrində iştirakı hər iki tərəf üçün vacibdir
Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq
7 May 17:10
2 044
Mayın 11-də Bakı Konqres Mərkəzində “Invision Design Talks 2” Forumu keçiriləcək.
Memarlıq və dizayn sahəsinin aparıcı simalarını bir araya gətirəcək platformada müasir yanaşmalar, innovativ ideyalar və gələcəyin dizayn trendləri müzakirə olunacaq.
“Dizaynın daxildən formalaşdırılması” konsepti ilə təşkil edilən tədbirdə Türkiyənin tanınmış memarlarından biri və “Metex Design Group”un qurucusu Sinan Kafadar, məşhur memarlıq studiyası “Autoban”ın həmtəsisçilərindən biri Sefer Çağlar, “Yes Architects” memarlıq bürosunun rəhbəri Yeşeren Ersan və azərbaycanlı memar və dizayn mütəxəssisi Tusi Əliyev çıxış edəcəklər. Moderator isə Mimar Sinan Universitenin professoru Osman Arayıcı olacaq.
Bildirilib ki, “Invision Design Talks 2” bu il Seranit Azərbaycan və “Sinerji Pro”nun əməkdaşlığı çərçivəsində təşkil olunur. Tərəfdaşlığın dizayn və memarlıq sahəsində yeni əməkdaşlıq imkanlarının formalaşmasına töhfə verəcəyi qeyd edilir.
Tədbir çərçivəsində iştirakçılar dizaynın gələcəyinə dair yeni baxışlarla tanış olacaq, sahədəki son trendlər barədə məlumat əldə edəcək və peşəkar əlaqələrini genişləndirmək imkanı qazanacaqlar.
