Belarus-Azərbaycan Hökumətlərarası Komissiyasının 16-cı iclası keçiriləcək
“AzerGold” Göygöl və Daşkəsəndə səyyar tamaşalar təşkil edib
bp: “Qarabağ” yatağı üzrə yekun investisiya qərarı gələn ilin ortalarında verilə bilər
BCG: Azərbaycan data mərkəzləri üçün qlobal mərkəzə çevrilə bilər
Strateji investisiya layihələrinin sürətləndirilmiş qaydada icrasının təmin üçün Komissiya yaradılıb
10:06
917
Azərbaycan son illərdə enerji sektoruna yatırılan investisiyalar hesabına qlobal enerji bazarında mövqeyini gücləndirib.
"APA-Economics" xəbər verir ki, bunu Bakı Enerji Forumunun “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı sessiyasında Boston Consulting Group-un (BCG) İdarəedici Direktoru və Baş tərəfdaşı Pattabi Seşadri deyib.
Onun sözlərinə görə, son illərdə Azərbaycana maraq əhəmiyyətli dərəcədə artıb.
“Bir neçə ildən sonra yenidən Bakıda olmaq çox xoşdur. Buradakı enerji və dinamika heyrətamizdir. Bu, ölkəyə yönələn investisiyaların nəticəsidir. Demək olar ki, dünyanın qalan hissəsi bu gizli xəzinəni yenidən kəşf edib”, – deyə o bildirib.
P.Seşadri qeyd edib ki, BCG və INSEAD tərəfindən yaxın vaxtlarda dərc olunan hesabatda enerji keçidinin əsas elementləri kimi rəqabət qabiliyyəti və etimad göstərilib.
Onun sözlərinə görə, Azərbaycan hər iki göstərici üzrə əlverişli mövqeyə malikdir.
“Ölkənin neft, qaz və bərpa olunan enerji resursları rəqabətqabiliyyətlidir. Xüsusilə də yeni enerji tələbatı yaradan data mərkəzləri kimi sahələr üçün Azərbaycan dünyanın bir çox regionları ilə müqayisədə daha üstün mövqedədir”, – deyə o vurğulayıb.
BCG rəsmisi bildirib ki, Azərbaycan enerji təchizatının etibarlılığı baxımından da güclü üstünlüklərə malikdir. Bununla yanaşı, ölkənin qaz potensialının tam reallaşdırılması üçün yeni infrastruktur layihələrinin həyata keçirilməsinə ehtiyac var.
Onun sözlərinə görə, bu məqsədlə yeni konsorsiumlar və tərəfdaşlıqların yaradılması mühüm rol oynayacaq.