“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
Türkiyədə təqaüdçü polis kafeyə silahlı hücum edib, 2 nəfər ölüb, 2 yaralı var
24 İyun 2019 15:18
1 827
21-23 iyun tarixlərində Dənizkənarı Milli Parkda keçirilən “Organic Food Festival 2019” başa çatıb.
Azərbaycanda ilk dəfə olaraq keçirilən və"Made in Azerbaijan" brendini təşviq etmək, ölkəmizdə yerli vəxarici ekoloji təmiz qida məhsulları istehsalçılarını tanıtmaq məqsədilə təşkil olunmuş festivalaüç gün ərzində 10 mindən çox ziyarətçi qatılıb.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi(KOBİA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Dövlət Aqrar Ticarət Şirkəti və “Proaktiv” PR Agentliyinin təşkilatçılığı ilə keçirilmiş festivalda 50-dən çox şirkətin, o cümlədən mikro və kiçik sahibkarların 150-yə yaxın məhsul və xidmətləri təqdim olunub.
KOBİA-nındəstəyi ilə mikro və kiçik sahibkarlar festivalda onlar üçün ayrılmış xüsusi stenddə ekoloji təmiz qida məhsullarını - bal, bitki çayları, meyvə şirələri, müxtəlif bitki yağları, ev üsulu ilə hazırlanmış şirniyyatlar, ədviyyat, düyü, meyvə quruları və s. məhsulları, eləcə də orqanik qablaşdırma materiallarını, sosial sahibkarlıq layihələrini təqdim ediblər.
Növbəti “Organic Food Festival”ın 2020-ci ilin iyun ayında keçirilməsi nəzərdə tutulur.
Məlumat üçün qeyd edək ki, KOBİA 2018-ci ildən etibarən startapların, mikro və kiçik sahibkarların öz məhsul və xidmətlərini müxtəlif sərgi, yarmarka və festivallarda təqdim etməsinə, bu tədbirlər çərçivəsində onların əməkdaşlıq əlaqələrinin qurulmasına və genişləndirilməsinə dəstək göstərir. Bu dəstək 2019-cu ildə ölkəmizdə keçiriləcək müxtəlif sərgi, yarmarka və festivallar çərçivəsində davam etdiriləcəkdir.
1 Noyabr 14:45
1 624
1 Noyabr 13:43
1 680
1 Noyabr 13:27
1 638

